Rusiya Qəbələdəki RLS-in ABŞ-la birgə istismarına zaminlik istəyir

“Rusiya Qəbələ RLS məsələsində ABŞ-la əməkdaşlığın formalarının müəyyənləşdirilməsi haqqında indidən razılaşma əldə olunmasının tez olduğunu düşünür”. “AzeriDefence”nin RİA Novosti agentliyinə istinadən verdiyi məlumata görə, bunu Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov bildirib.

O deyib ki, bu məsələdə onlar ABŞ və NATO-nun bu hava hücumundan müdafiə (HHM) sisteminin Rusiyaya qarşı istifadə olunmamasına dair zaminlik almaq niyyətindədirlər: “Zaminlik hüquqi çərçivədə olmalı və bir cümlədən ibarət olmamalıdır. Bu sənəddə məsələnin bütün hərbi-texniki tərəfləri öz əksini tapmalıdır”.

Xatırladaq ki, artıq bir neçə ildir həm Rusiyanın, həm də ABŞ-ın rəsmləri Azərbaycanın Qəbələ rayonunda yerləşən RLS-in birgə istismarının mümkünlüyü haqda mülahizələr yürüdürlər.

Qeyd edək ki, Qəbələdəki RLS SSRİ dövründə ölkənin vacib raketəleyhinə müdafiə sistemlərindən biri olub. Azərbaycan müstəqillik qazandıqdan sonra Rusiya bu RLS-i icarə əsasları ilə istifadə edir. Sonuncu dəfə icarəyə dair razılaşma sənədi 2002-ci ildə imzalanıb və bu müddət 2012-ci ildə bitir.

KATEQORIYA:
Bu xəbəri paylaş