
Rusiya Qırğızıstandakı bazasına iki hərbi helikopter göndərib
Rusiya Qırğızıstana 2 ədəd təkmilləşdirilmiş Mi-8 MTV 5-1 hərbi helikopteri tədarük edib.
Bu barədə “AzeriDefence” Rusiya Müdafiə Nazirliyinə istinadən məlumat verib.
Mi-8 MTV 5-1 helikopterləri Rusiyanın Qırğızıstandakı Kant hərbi bazasında istismara veriləcək. Mi-8 MTV 5-1 helikopterləri bazanın arsenalında daha çox köhnəlmiş nəqliyyat helikopterlərini əvəz edəcək.
Məlumatda o da qeyd olunub ki, Kant bazasında iyunun sonunadək köhnəlmiş hava hücumundan müdafiə sistemlərinin də əvəz edilməsi planlaşdırılır.
KATEQORIYA: Xəbərlər