Rusiya qitələrarası ballistik raketin sınaqlarını keçirib

Rusiya RS-24 “Yars” indeksli qitələrarası ballistik raketin sınaqlarını keçirib.

“AzeriDefence” xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin yaydığı məlumatda bildirilib.

Qeyd olunub ki, “Plesetsk” dövlət sınaq kosmodromundan buraxılan RS-24 “Yars” ballistik raketi Kamçatka yarımadasında Kura poliqonunda hədəfi dəqiliklə vurub və sınaq uğurla nəticələnib.

Sözügedən ballistik raketin sınaqlarının keçirilməsində əsas məqsəd analoji sinifin raketlərinin partiyasının etibarlılığının təsdiq edilməsi olub.

Rusiya Müdafiə Nazirliyindən bildirilib ki, bu tipli raket kompleksləri Kaluqa və Saratov vilayətlərində döyüş növbəsinə qəbul edilib.

Qeyd edək ki, RS-24 raketi Moskva inistutu tərəfindən РС-12М2 “Topol-M” strateji təyinatlı ballistik raketin bazası əsasında hazırlanıb.

 

 

KATEQORIYA:
Bu xəbəri paylaş