Rusiya “Ratnik” təchizatının sınaqlarına başlayır

Rusiya Ordusu aprel ayında “Ratnik” adlı yeni döyüşçü təchizatının dövlət sınaqlarına başlayacaq. Bu barədə “AzeriDefence” Rusiyanın Müdafiə Nazirliyinə istinadən məlumat verib.

Sınaqlar Cənub Hərbi Dairəsindəki motoatıcı briqadanın kəşfiyyat bölüyündə keçiriləcək.

Nazirliyin məlumatında “Ratnik” dəstinə daxil olan əksər elementlərin ən yaxşı dünya analoqlarını üstələdiyi qeyd olunub. Təchizat dəstinə rabitə vasitələri, tanıma sistemi, informasiya və təsvirlərin emalı sistemi, səmti müəyyənləşdirmə cihazları və naviqasiyalar daxildir. Təchizat dəsti hazırlanarkən əhəmiyyətli diqqət həyat təminatı sisteminə ayrılıb. Təchizata qoruyucu eynəklər, qulaqların müdafiəsi üçün qarnitur, diz və dirsək oynaqlarının müdafiəsi dəsti, su təmizləyən fərdi filtr, muxtar istilik mənbələri, enerji təchizatı vasitələri və s. daxil edilib.

KATEQORIYA:
Bu xəbəri paylaş