Rusiya S-400 komplekslərinin təchiz olunduğu bölmələrin sayını artırır

Rusiya Silahlı Qüvvələri üç divizion yeni S-400 zenit raket kompleksi (ZRK) ilə təchiz ediləcək.
“AzeriDefence”nın məlumatına görə, Rusiya Hərbi Hava Qüvvələrinin (HHQ) baş qərargah rəisi Viktor Bondarev deyib ki, təchizat prosesi 2012-ci il ərzində həyata keçiriləcək. Divizionlar Naxodka, Moskva yaxınlığında, digəri isə Hava Hücumundan Müdafiə və Hərbi Hava Qüvvələrinin komandalığında yerləşdiriləcək.

Hazırda Rusiya SQ-da ZRK S-400 təchiz olunan hər biri iki diviziondan ibarət 2 alay mövcuddur. Bu hərbi birləşmələr Moskva ətrafındakı Elektrostalda və Dmitrovda dislokasiya olunublar. Bundan başqa Kalininqrad vilayətində də bu tip hərbi birləşmənin təşkil olunması prosesinə başlanılıb.

Məlumat da o da qeyd olunub ki, S-400-lə təchiz olunan hərbi birləşmələrin formalaşdırılması prosesi “Rusiyanın silahlanması üzrə Dövlət Proqramı” çərçivəsində həyata keçirilir. Layihənin ümumi məbləği isə 23 trillion rubldur.

KATEQORIYA:
Bu xəbəri paylaş