Rusiya S-400 ZRK-nin 20-ci briqada dəstini silahlanmaya qəbul etdi

Rusiya Müdafiə Nazirliyi bu il S-400 “Triumf” zenit-raket kompleksinin (ZRK) ikinci briqada dəstini alıb.

“AzeriDefence” xəbər verir ki, bu haqda “Almaz-Antey” konserninin mətbuat xidməti məlumat yayıb.

Bildirilir ki, “Almaz-Antey” Hava-kosmik müdafiəsi şirkəti istehsal etdiyi S-400 “Triumf” ZRK-nın ikinci briqada dəstini 2017-ci ildə Rusiya Silahlı Qüvvələrinə təhvil verib. Təntənəli mərasim Həştərxan vilayətində Kapustin Yar poliqonunu ərazisində olub. Texnikanın təhvil-qəbulu uğurla həyata keçirilib.

Qeyd edək ki, “S-400” ZRK təxminən 400 kilometr uzaq məsafəli müasir hava hücumu vasitələr ilə mübarizə aparmağa qadirdir.

Rusiya mətbuatında yer alan məlumatlara görə, 2017-ci ilin may ayında Rusiya Silahlı Qüvvələrinin 19 alayında S-400 kompleksi yer alırdı. Bununla Rusiya Müdafiə Nazirliyi bu sistemin 20-ci briqada dəstini silahlanmaya daxil etdi.

KATEQORIYA:
Bu xəbəri paylaş