Rusiya S-500 ZRK-ləri 2021-ci ildə silahlanmaya qəbul edəcək

Rusiya S-500 ZRK-ləri 2021-ci ildə silahlanmaya qəbul edəcək

Rusiya Silahlı Qüvvələri 2021-ci ildə S-500 “Prometey” yeni zenit-raket komplekslərini (ZRK) silahlanmaya qəbul edəcək.

“AzeriDefence” xəbər verir ki, bunu “Rostex” Dövlət Şirkətinin baş direktoru Sergey Çemezov jurnalistlərə açıqlamasında deyib.

“Almaz-Antey” şirkəti S-500 “Prometey” ZRK-nin bütün zavod sınaqlarını çoxdan tamamlayıb. 2021-ci ildə tədarüklərə başlamaq planlaşdırılırdı” deyə Sergey Çemezov vurğulayıb.

Onun sözlərinə görə, artıq bir sıra ölkələr Rusiyanın yeni hava hücumundan müdafiə sisteminə maraq göstərir: “Lakin S-500-ün ixracı barədə danışmaq hələ tezdir. Satışa başlamazdan əvvəl ordunun təmin edilməsi lazımdır. Buna görə, bu barədə danışmaq hələ tezdir”.

S-500 ZRK – hava hücumundan müdafiə sistemlərinin yeni nəsilidir. Raket əleyhinə müdafiə sisteminin artırılmış potensialı ilə uzaq mənzilli atış imkanına malik olan S-500 digər xüsusiyyətlərinə görə universal kompleksdir. Uzaq mənzilli “Prometey” ZRK-nin fəaliyyət radiusu 600 km-ə qədərdir.

“Prometey” eyni vaxtda həm hədəfi aşkar edə bilər, həm də saniyədə 7 km surətlə gedən 10-a qədər hədəfi vura biləcək. S-500 “Prometey” təyyarələri, pilotsuz uçuş aparatlarını və hipersəsli qanadlı raketləri vurma qabiliyyətlidir.

KATEQORIYA:
Bu xəbəri paylaş