Rusiya S-500 ZRK-ləri 2020-ci ildə silahlanmaya qəbul edəcək

Rusiya Silahlı Qüvvələri 2020-ci ildə S-500 “Prometey” ən yeni zenit-raket komplekslərini (ZRK) əldə edəcək.

“AzeriDefence” xəbər verir ki, bu açıqlamanı yerli mediaya Rusiya Hava Kosmik Qüvvələrinin komandan müavini – Hava Hücumundan Müdafiə Qoşunlarının komandanı, general-leytenant Viktor Qumennıy verib.

Bildirilib ki, S-500 ZRK – hava hücumundan müdafiə sistemlərinin yeni nəsilidir. Raket əleyhinə müdafiə sisteminin artırılmış potensialı ilə uzaq mənzilli atış imkanına malik olan S-500 digər xüsusiyyətlərinə görə universal kompleksdir.

2020-ci ildə S-500 “Prometey” ZRK-nin beş briqada dəstinin döyüş növbətçiliyinə başlayacağı planlaşdırılır.

Qeyd edək ki, yeni raketin taktiki-texniki məlumatları haqqında bilgilər qapalı olsa da, uzaq mənzilli “Prometey” ZRK-nin fəaliyyət radiusu 600 km-ə qədərdir. O eyni vaxtda həm hədəfi aşkar edə bilər, həm də saniyədə 7 km surətlə gedən 10-a qədər hədəfi vura biləcək.

 

KATEQORIYA:
Bu xəbəri paylaş