Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Azərbaycana gəlib

Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, ordu generalı Valeri Gerasimov Azərbaycana rəsmi səfərə gəlib.

“AzeriDefence”nin Rusiyanın Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi NATO-nun Hərbi Komitəsinin sədri ilə Bakıda beynəlxalq təhlükəsizlik məsələlərini müzakirə edəcək.

Həmçinin, Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi səfər çərçivəsində Azərbaycan prezidenti İlham Əliyev və Müdafiə nazirinin birinci müavini – Silahlı Qüvvələrin Baş Qərargah rəisi, general-polkovnik Nəcməddin Sadıkov ilə görüşü planlaşdırılıb.

 

KATEQORIYA:
Bu xəbəri paylaş