Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Bakıya gəlir

Aprelin 7-də Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, ordu generalı Valeriy Gerasimov Azərbaycana rəsmi səfərə gələcək. Bu barədə “AzeriDefence”yə Müdafiə Nazirliyindən məlumat verilib.

Səfər çərçivəsində qonağın Müdafiə Nazirliyində görüşləri planlaşdırılır.

Rusiya Federasiyası Silahlı Qüvvələrinin Baş Qərargah rəisi ordu generalı Valeriy Gerasimovun rəsmi səfəri aprelin 8-dək davam edəcək.

Aprelin 8-də Bakı şəhərində MDB iştirakçı dövlətlərin Silahlı Qüvvələrinin Qərargah Rəisləri Komitəsinin növbəti iclasının keçirilməsi planlaşdırılır.

KATEQORIYA:
Bu xəbəri paylaş