Rusiya Şimali Afrikada “İsgəndər-E” kompleksi yerləşdirib

Rusiya Yaxın Şərq və Şimali Afrika regionunda öz müdafiəsini təmin etmək üçün ölkələrdən birində “İsgəndər-E” operativ-taktik raket kompleksi (OTRK) yerləşdirib.

“AzeriDefence”nin Rusiya mediasına istinadən verdiyi xəbərə görə, bunu Federal xidmətinin hərbi-texniki əməkdaşlıq üzrə rəsmi nümayəndəsi deyib.

Bildirilib ki, Yaxın Şərq və Şimali Afrika üçün Rusiyanın bir çox planları var və bunun üzərində işlər aparılır.  Məlumatda o da qeyd olunub ki, Rusiya “İsgəndər-E” operativ-taktik raket kompleksini bundan əvvəl region ölkələrdən ancaq Ermənistanda yerləşdirib.

KİV-də yer alan xəbərlərə görə, Rusiya “İsgəndər-E” operativ-taktik raket kompleksini Əlcəzirədə olan bazaların birində yerləşdirməyi planlaşdırır.

Qeyd edək ki, “İsgəndər” kompleksi 2006-cı ildə istehsal olunub və 2007-ci ildə Rusiya Ordusunda silahlanmaya qəbul edilib. Kompleksin “İsgəndər-M”, “İsgəndər-E”, “İsgəndər-K” variantları mövcuddur. Raketin bu növləri içərisində “İsgəndər-M” variantı daha çox təkmilləşdirilib. OTRK-nin raketinin çəkisi 3800 kq, uzunluğu 7,3 metrdir. Raket hədəfə çatana qədər komanda mərkəzindən idarə olunur. İstimar müddəti 10 ildir. Raketin hədəfi vurması üçün minimal məsafəsi 50 km, maksimal isə 500 km təşkil edir. Bununla yanaşı raket kompleksi nüvə başlığı da daşıya bilir.

KATEQORIYA:
Bu xəbəri paylaş