Rusiya şirkəti yeni ağır mexanikləşdirilmiş körpü hazırlayıb

Rusiya şirkəti yeni ağır mexanikləşdirilmiş körpü hazırlayıb

Rusiyanın müdafiə sənayesi müəssisəsində mühəndis-istehkam qoşunlarının ehtiyaclarını qarşılamaq məqsədilə yeni ağır mexanikləşdirilmiş körpü hazırlanıb.

Bu barədə Azeri Defence saytı Rusiya Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadən məlumat verib.

Yeni körpünün hazırlanmasında müasir yüngül kompozit materiallardan istifadə edilib. Bunun sayəsində, analoqlarından fərqli olarq yeni körpünün aralıq uzunluğu 16 metrə çatdırılıb.

Bundan başqa, dayaq hündürlüyünün 5 metrə qaldırılması maneələrin dərinliyini aşma imkanlarını genişləndirəcək.

KATEQORIYA:
Bu xəbəri paylaş