Rusiya sərhədlərini İsveç PUA-ları qoruyacaq

Rusiya Federal Sərhəd Xidməti İsveçin SAAB firmasının istehsalı olan “Skeldar V-200” tipli pilotsuz uçuş aparatları (PUA) almaq niyyətindədir. “AzeriDefence”nin bildirdiyinə görə, bu barədə ARMS-TASS agentliyi məlumat yayıb.

PUA Amerika istehsalı olan elektro-optik sistemlə təchiz edilib. Helikopter tipli tək sərhədin mühafizəsi üçün deyil, eyni zamanda 2014-cü ildə Soçidə qış olimpiya oyunlarının keçirilməsi vaxtı təhlükəsizliyin təmin olunması üçün tətbiq edilə bilər.

“Skeldar” 5,1 m uzunluğa və 200 kq maksimal uçuş kütləsinə malikdir. PUA-nın faydalı yükü 30 kq-dan çox, uçuş tavanı 4 min metrdən yuxarı, maksimal sürəti 130 km/saat, uçuş müddəti 4-5 saat, hərəkət radiusu 100 km-dən çoxdur.

KATEQORIYA:
Bu xəbəri paylaş