Rusiya “Strelets”in artilleriya əməliyyatlarında tətbiqini nəzərdən keçirir

Rusiya Silahlı Qüvvələri “Strelets” adlı yeni kəşfiyyat, müşahidə, idarə etmə və rabitə sisteminin (C4ISR) artilleriya əməliyyatlarında tətbiqi üçün sınaqlara başlayıb. Bu barədə “AzeriDefence” Rusiya Müdafiə Nazirliyinə istinadən məlumat verib.

Ən yeni texnologiyalar əsasında yaradılmış “Strelets” kompleksi az zaman içərisində obyektlərin koordinatlarını təyin etməklə yanaşı, atəş komandası üçün lazımi hesablamaları aparır. Kompleks vasitəsi ilə 5 km məsafəyədək görmək və artilleriya atəşini hesablamaq mümkündür.

Rusiyanın “Radioavionika” müəssisəsi tərəfindən istehsal edilmiş C4ISR sistemi döyüşü idarə etmə, aşkar edilmiş obyektlərin tanınması və onların koordinatlarının hesablanması, hədəflərin işarələnməsi, yaxın döyüş üçün şəxsi silahın və vasitələrin effektiv tətbiqi üçün məlumatların hazırlanmasını həyata keçirə bilir.

“Strelets” kompleksi bütün keçmiş sovet və Rusiya istehsalı olan kəşfiyyat vasitələrinə qoşula bilir.

KATEQORIYA:
Bu xəbəri paylaş