Rusiya sülhməramlılarının yeni kolonları Dağlıq Qarabağa doğru hərəkət edir – VİDEO

Rusiya sülhməramlılarının yeni kolonları Dağlıq Qarabağa doğru hərəkət edir – VİDEO

Rusiya Müdafiə Nazirliyi sülhməramlıların Dağlıq Qarabağa yerləşdirilməsinin davam etdirildiyini bildirib.

“Azeri Defence”nin Rusiya Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlmata görə, bu gün Ermənistandakı aerodromlara gələn sülhməramlı kontingentin şəxsi heyəti və hərbi texnikası təyyarələrdən endirildikdən sonra kolonlar halında Dağlıq Qarabağ istiqamətində hərəkət edib.

Dağlıq Qarabağa gedən hərbi kolonlar havadan Mi-8 və Mi-24 helekopterləri ilə müşayət olunub.

Bildirilib ki, gün ərzində Ulyanovsk-Vostocnıy aerodromundan Rusiya Hava-Kosmik Qüvvələrinin İl-76 və An-124 hərbi-nəqliyyat təyyarələri ilə 22 uçuş həyata keçirilib. Həmin təyyarələr ilə Ermənistanın hava limanlarına 64 ədəd avtomobil və xüsusi texnika – zirehli personal daşıyıcıları, yolsuzluq yük maşınları, tankerlər, ekskavatorlar və digər maddi-texniki dəstək vasitələri çatdırılıb.

KATEQORIYA:
Bu xəbəri paylaş