Rusiya Suriyada ballistik raketlər yerləşdirib – FOTO

Rusiya Suriya ərazisində yerləşən hərbi bazalarına 50 ədəd “Toçka-U” taktik raket kompleksi yerləşdirib.

“AzeriDefence”nin məlumatına görə, ABŞ-ın “Fox News” televiziya kanalının yaydığı xəbərdə bildirilib ki, raket kompleksləri Rusiya Ordusunun Suriyanın Tartus şəhərindəki limana boşaldılıb.

Xəbərdə qeyd olunur ki, son iki gün ərzində “Toçka-U”dan iki, “İsgəndər”dən isə 4 raket zərbəsi prezident Bəşər Əsədə müxalif olan bölmələrin mövqelərinə endirilib.

Rusiya isə məsələ ilə bağlı rəsmi mövqe bildirməyib.

Qeyd edək ki, “Toçka-U” 15-120 km məsafədə hədəfi məhv edir. Raketin döyüş başlığının çəkisi 480 kq-dır. Bura tələbə uyğun olaraq, kimyavi, nüvə və digər döyüş başlıqları inteqrasiya etmək olar.

Xatırladaq ki, Suriyada hərbi münaqişə 2011-ci ildən davam edir. Hərbi əməliyyatlarda bir-birilərinə qarşı hökumət qüvvələri, müxalifət, radikal islamçılar, kürdlər və digər qüvvələr döyüşürlər. Ölkənin əsas hissələrinə İŞİD terror qruplaşması nəzarət edir.

2014-cü ilin sentyabrında İŞİD-ə qarşı hərbi əməliyyatlara ABŞ-ın rəhbərlik etdiyi koalisiya başlayıb. 2015-ci ilin sentyabrından isə münaqişəyə Rusiyada qoşulub.

2017-ci ilin 23–24 yanvar tarixlərində Qazaxıstanın paytaxtı Astanada ilk dəfə olaraq tərəflər arasında danışıqlar başlayıb.

Rusiya, İran və Türkiyə Suriyada münaqişənin həllinə dair üçtərəfli razılığa gəliblər.

 

KATEQORIYA:
Bu xəbəri paylaş