Rusiya təkmilləşdirilmiş BRDM-2MB maşının təqdimatını keçirib

Rusiya təkmilləşdirilmiş BRDM-2MB maşının təqdimatını keçirib

Rusiya təkmilləşdirilmiş BRDM-2MB “Bekas” adlı zirehli kəşfiyyat-dozor maşınının təqdimatını keçirib.

“AzeriDefence”nin TASS xəbər agentliyinə istinadən verdiyi məlumata görə, BRDM-2MB “Bekas” maşının modernizasiyasını B-ARMS şirkəti həyata keçirib.

2016-cı ildə dərin modernizasiya işləri başlanılan BRDM-2MB “Bekas” zirehli maşın əlavə rezervasiyası və minaya qarşı kompleksi ilə fərqlənir.

Modernizasiya nəticəsində BRDM-2MB “Bekas” yeni kondisioner sistemi ilə təchiz olunub. Əyləc və yanacaq sistemi təkmilləşdirilib. Bundan əlavə zirehli maşına 136 at gücündə dizel mühərriki quraşdırılıb.

KATEQORIYA:
TEQLƏR
Bu xəbəri paylaş