Rusiya tankçıları “Kovboy” mühafizə dəsti ilə təchiz edilir

Rusiya Ordusunun tank bölmələrinin şəxsi heyətinin “Kovboy” mühafizə dəsti ilə təchiz edilməsinə başlanıb. Bu barədə “AzeriDefence” Rusiyanın Müdafiə Nazirliyinə istinadən məlumat verib.

İlk olaraq Cənub Hərbi Dairəsinin tank bölmələrinin şəxsi heyəti “Kovboy” komplekti ilə təchiz olunur.

“Kovboy” heyəti termiki təsirlərdən və tank vurulduqda belə qəlpələrdən qoruyacaq. Təchizatın tərkibinə qəlpələrə qarşı zirehli geyim, oddan qoruyan uniforma, həmçinin qəlpələrə qarşı davamlı (birinci sinif) tank şlemafonu daxildir.

Təchizat heyətin boyun, çiyin və qasıq sahəsində qorunmasını təmin edir. Yeni qoruyucu geyimin çəkisi 6,5 kq təşkil edir.

KATEQORIYA:
Bu xəbəri paylaş