Rusiya “Tiqr” avtomobilini “Arbalet-DM” döyüş modulu ilə silahlandırır

Rusiyanın “Hərbi Sənaye Kompleksi” (VPK) şirkəti “Tiqr” zirehli avtomobilinin “Arbalet-DM” distans idarəetməli döyüş modulu ilə komplektləşdirilmiş nümunəsini təqdim edib.

“AzeriDefence”nin TASS agentliyinə istinadən verdiyi məlumata görə, VPK şirkətinin baş direktoru Dmitri Qalkin bildirib ki, “Tiqr” zirehli avtomobillərinin “Arbalet-DM” distans döyüş modulu ilə komplektləşdirilmiş partiyasının Rusiyanın Müdafiə Nazirliyinə satışı uğurla başa çatıb.

Baş direktor bildirib ki, VPK 2017-ci ildə də “Arbalet-DM” döyüş modulu ilə “Tiqr” avtomobillərini təmin edəcək.

“Rusiya Müdafiə Nazirliyi “Arbalet-DM” döyüş modulunu “Tayfun” zirehli avtomobil ailəsinə, MT-LB tipli, digər təkərli və tırtırlı piyadaların döyüş maşınlarında komplektləşdirilməsinə maraqlıdır”, – deyə baş direktor əlavə edib.

“Arbalet-DM” döyüş modulu təkərli və tırtıllı zirehli avtomobillərlə yanaşı suüstü gəmilərə və stasionar mühafizə məntəqələrinin komplektləşdirilməsində istifadə oluna bilər.

Distans idarəetməli döyüş modulu 150 patron tutumlu 12,7 mm “Kord” və 250 patron tutumlu 7,62 mm çaplı PKT pulemyot ilə təchiz olunub. Bundan əlavə modul vasitəsiylə avtomatik olaraq 2,5 km məsafədə hərəkət edən hədəfləri izləmək və 1,5 km-ə qədər məsafədə termal kamera ilə hədəfi tanımaq mümkündür.

KATEQORIYA:
Bu xəbəri paylaş