Rusiya “Tiqr”ı “Rıs”la əvəzləyir

Rusiya və İtaliyanın birgə istehsal olan “Rıs” markalı zirehli texnikasının silahlanmaya qəbuluna başlayır.
“AzeriDefence”nin məlumatına görə, Rusiyanın “Oboronaservis” və İtaliyanın “İveco” şirkətləri tərəfindən yığılan “Rıs”ın istehsalı nəzərdə tutulan həcmin 10 faizini təşkil etsə də 2014-cü ildə bu rəqəmin 50 faizə çatdırılması planlaşdırılır.

Rusiya artıq bu model zirehli maşınların 60 ədədini 2012-ci ilin yanvarında alıb. Bununla bağlı danışan Rusiya müdafiə nazirinin müavini Aleksandr Suxorukov isə deyib ki, “Rıs” Rusiya ordusunda “Tiqr”ı əvəzləyəcək. Bu il ərzində isə 57 “Rıs”ın yenə alınacağı planlaşdırılıb. Ümumilikdə isə Rusiya yeni silahlanma proqramı çərçivəsində 2020-ci ilə qədər “Rıs”ların sayını 1775-ə çatdırmağı nəzərdə tutub.

KATEQORIYA:
Bu xəbəri paylaş