Rusiya TOS-1A sistemini xarici müştərilərə nümayiş etdirib

Rusiya TOS-1A sistemini xarici müştərilərə nümayiş etdirib

Rusiyanın modernləşdirilmiş TOS-1A “Solnsepyok” ağır odatan sistemi xarici müştərilərə nümayiş etdirilib.

Bu barədə Azeri Defence saytına “Rostex” Dövlət Korporasiyasının mətbuat xidmətindən məlumat verilib.

“Rostex”ə daxil olan “Rosoboronexport” və “Omsktransmash” şirkətləri tərəfindən Sverdlovsk vilayətinin Nijni Tagildəki “Staratel” təlim poliqonunda bir sıra xarici müştərilər üçün təqdim olunan TOS-1A yaylım atəşli ağır odatan sisteminin dünya bazarı üçün unikal bir model olduğu deyilib.

““Staratel” təlim poliqonunda nümayiş zamanı TOS-1A sistemi bütün tapşırıqları yerinə yetirib. Vizual müşahidələr və sürətli məlumatların təhlili müxtəlif məsafələrdə vurulan hədəflərin xüsusiyyətlərini və etibarlılığını təsdiqləyib”, – deyə “Rostex” Dövlət Korporasiyasının məlumatında bildirilib.

 

 

KATEQORIYA:
Bu xəbəri paylaş