Rusiya-Türkiyə Birgə Mərkəzinin ən qısa zamanda fəaliyyətə başlaması üçün tədbirlər görülür

Rusiya-Türkiyə Birgə Mərkəzinin ən qısa zamanda fəaliyyətə başlaması üçün tədbirlər görülür

Dağlıq Qarabağda atəşkəsə nəzarət üzrə Rusiya-Türkiyə Birgə Mərkəzinin ən qısa zamanda fəaliyyətə başlaması üçün hər iki ölkə arasında qəbul edilmiş memoranduma uyğun olaraq lazım olan tədbirlər Azərbaycan və Rusiya ilə koordinasiya şəraitində görülməkdədir.

“Azeri Defence” saytının məlumatına görə, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyinin mətbuata açıqlamasında bildirilib.

“Azərbaycanı 44 gün davam edən Tək Vətən Əməliyyatı ilə öz torpaqlarını Ermənistan işğalından azad etməsi münasibətilə bir daha təbrik edirik. Türkiyə olaraq  “İki dövlət bir millət” anlayışı ilə bu günə qədər kədərində də, sevincində də yanında olduğumuz can qardaşlarımızın bundan sonra da yanlarında olmağa davam edəcəyik”, – deyə Milli Müdafiə Nazirliyinin məlumatında deyilib.

KATEQORIYA:
Bu xəbəri paylaş