Rusiya “Uraqan”ı yenilədi
Rusiya Silahlı Qüvvələri yaxın vaxtlarda “Uraqan-1M” modernləşdirilmiş reaktiv-yaylım atəş sistemlərini alacaq.“AzeriDefence”nin “RİA Novosti”yə istinadən verdiyi məlumata görə, “Splav” təşkilatı tərəfindən “Uraqan”ın modernizasiyası nəticəsində meydana gəlmiş “Uraqan-1M” sələfindən bir sıra üstünlüklərinə görə fərqlənir.
Yeni sistemdə raketləri yerdə yüklənmiş hazır paketlərdən istifadə olunur. Bu da reaktiv yaylım atəş sisteminin daha tez doldurulmasına imkan verir. “Uraqan-1M” ilə həm 220 mm, həm də daha böyük çaplı raketlərlə atəş aaçmaq mümkündür.
Eyni zamanda sistem yüklənmiş nəqliyyat vasitəsi də dəyişdirilib. Artıq “Uraqan-1M”in dövlət testləri başa çatıb.
KATEQORIYA: Sənaye