Rusiya və Türkiyə arasında Dağlıq Qarabağda ortaq mərkəzin yaradılması barədə memorandum imzalanıb

Rusiya və Türkiyə arasında Dağlıq Qarabağda ortaq mərkəzin yaradılması barədə memorandum imzalanıb

Rusiya və Türkiyənin Müdafiə nazirləri Sergey Şoyqu və Hulusi Akar Dağlıq Qarabağda atəşkəsə nəzarət etmək üçün ortaq mərkəzin yaradılması barədə memorandum imzalayıblar.

Bu barədə Azeri Defence saytı Türkiyə Milli Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadən məlumat verib.

Azərbaycan, Rusiya və Ermənistan rəhbərlərinin birgə bəyanatında Dağlıq Qarabağda atəşkəsə nəzarət etmək üçün ortaq mərkəzin yaradılması barədə qeyd olunub.

Türkiyənin Milli Müdafiə naziri Hulusi Akar bildirb ki, monitorinq mərkəzinin yaradılması qərarı tərəflərin hərbi əməliyyatların dayandırılması rejiminə uyğunluğuna etibarlı nəzarət etməyə imkan verəcək, həmçinin münaqişənin həlli üçün möhkəm zəmin yaradacaq.

Birgə mərkəz Azərbaycan ərazisində, atəşkəs rejiminə əməl olunması barədə məlumat toplayacaq, ümumiləşdirəcək və yoxlayacaq. Mərkəz müqavilələrin pozulması ilə bağlı hər hansı şikayət, sual və ya narahatlığın araşdırılması ilə məşğul olacaq.

KATEQORIYA:
Bu xəbəri paylaş