Rusiya və Ermənistan daha bir hərbi təlim keçirir

Ermənistan və Rusiya hərbçilərinin birgə taktiki təlimləri keçirilir. “AzeriDefence”nin Rusiya Müdafiə Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, oktyabrın 2-də Kamxud təlim-tədris kompleksində başlamış təlimdə 102-ci bazanın 600-dən çox hərbi qulluqçusu və təxminən 100 ədəd texnikası iştirak edir.

Təlimdə şərti rəqibin aviasiya hücumlarının qarşısının alınması, kimyəvi hücum silahlarından müdafiə, dağlıq ərazilərdə döyüşün aparılması, mina-partlayıcı maneələrin aradan qaldırılması, rəqibin diversiya-kəşfiyyat qruplarının zərərsizləşdirilməsi və s. ssenarilər məşq ediləcək.

KATEQORIYA:
Bu xəbəri paylaş