Rusiya və Belarus Silahlı Qüvvələrinin birgə təlimləri başlayıb

Bu gün Rusiya və Belarus müttəfiq dövlətinin Silahlı Qüvvələrinin “Qərb-2017” birgə strateji təlimləri başlayıb.

Bu barədə “AzeriDefence” Rusiya Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadən məlumat verib.

Təlimlər Belarusun ərazisində yerləşən altı poliqonda – Lepelskiy, Borisovski, Osipoviçeskiy, Rujanskiy, Domanovskiy, Dretun və Rusiyanın üç poliqonunda – Luqan, Strugi və Pravdinskidə keçiriləcək.

Təlimdə Belarus Silahlı Qüvvələrinin 12,7 min hərbi qulluqçusu, Rusiya qüvvələrinin təxminən 5,5 minə qədər hərbi qulluqçusu iştirak edirlər. Bundan başqa, təlimlərə 70-ə qədər təyyarə və helikopter, 680 zirehli texnika, həmçinin 250 tank, 200-ə qədər reaktiv yaylım atəş sistemi və minaatanlar, 10 hərbi gəmi cəlb edilib.

 

KATEQORIYA:
Bu xəbəri paylaş