Rusiya və Çin aviamühərriklərin birgə istehsalına başlaya bilər 

Rusiyanın Mühərrik Tikinti Korporasiyası (ODK) Çinin aviamühərrik istehsal edən şirkəti ilə danışıqlara başlayıb.

“AzeriDefence”nin xarici mediaya istinadən verdiyi məlumatına görə, Pekində keçirilən “Aviation Expo China 2015” müdafiə sənayesi sərgisində Rusiyanın adıçəkilən müəssisəsi ilə Çinin Aviasiya Texnologiyaları İstehsalı Şirkətinin (AVIC) rəhbərliyi arasında ilkin müzakirələr aparılıb.

Adıçəkilən qurumlar aviasiya mühərriklərinin birgə istehsalının mümkünlüyü haqda danlışaraq, həm hərbi, həm də mülki sahədə əməkdaşlığın əhəmiyyətini vurğulayıblar.

Çin tərəfindən görüşdə AVİC-in İdarə Heyətinin sədri Lin Çzomin, Çin Ordusunun silahlanma və hərbi texnika baş idarəsinin rəisi, general-polkovnik Çjan Yusya, o cümlədən aviasiya avadanlıqlarının istehsalı ilə məşğul olan şirkət rəhbərləri iştirak ediblər.

Görüşdə birgə ağır tonajlı təyyarənin və helikopterin istehsalına başlanması məsələsi də müzakirə olunub.

 

KATEQORIYA:
Bu xəbəri paylaş