Rusiya və Ermənistanın Birləşmiş Hava Hücumundan Müdafiə Sisteminə daxil olacaq qüvvələr müəyyənləşib

Rusiya və Ermənistan Qafqaz regionunda Birləşmiş Hava Hücumundan Müdafiə Sisteminin tərkibinə daxil olacaq qüvvələrin say tərkibini müəyyənləşdiriblər.

Bu barədə “AzeriDefence” “RİA Novosti”yə istinadən məlumat verib.

Rusiya Hava Kosmik Qüvvələri komandanının birinci müavini, general-leytenant Pavel Kuraçenko bildirib ki, artıq hər iki tərəfdən qoşunların siiyahısı (sayı) müəyyən edilib.

Rusiya və Ermənistanın Birləşmiş Regional Hava Hücumundan Müdafiə  sisteminin yaradılması barədə sənəd 2015-ci ilin dekabr ayında Moskvada imzalanıb. Müqavilə 5 ili əhatə edir və etiraz olmazsa avtomatik şəkildə daha 5 il uzadıla bilər,

 

 

KATEQORIYA:
Bu xəbəri paylaş