“Rusiya Vertolyotları” Bakıda servis mərkəzi açır

Azərbaycanda “Rusiya Vertolyotları” (Russian Helicopters) şirkətinin servis mərkəzinin açılması istiqamətində işlər aparılır.

“AzeriDefence”nin bildirdiyinə görə, bu barədə “RİA Novosti” məlumat yayıb.

“Rusiya Vertolyotları” şirkətindən agentliyə bildirilib ki, bununla bağlı müvafiq sənəd sentyabr ayının sonunda ADEX-2016 beynəlxalq müdafiə sərgisi çərçivəsində imzalanacaq.

Bakıda Azərbaycanın “Silk Way Helicopter Services” şirkəti ilə ortaq qurulacaq mərkəzdə Rusiya istehsalı olan Mi-8 və Mi-17 tipli mülki helikopterlərə, gələcəkdə isə hərbi helikopterlərə xidmətlərin göstərilməsi nəzərdə tutulur. Qeyd edək ki, son 10 ildə Azərbaycan Rusiyadan 100-dən çox mülki və hərbi helikopter satın alıb.

KATEQORIYA:
Bu xəbəri paylaş