Rusiya Xəzərdə hərbi-dəniz paradı keçirəcək

Rusiya Xəzərdə hərbi-dəniz paradı keçirəcək

Rusiya iyulun 26-da Xəzər dənizində ilk dəfə Hərbi Dəniz Qüvvələri Gününə həsr olunan hərbi-dəniz paradı keçirəcək.

Bu barədə “AzeriDefence” Rusiya Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadən məlumat verib.

Hərbi-dəniz paradına Rusiya Hərbi Dəniz Qüvvələrinin Xəzər flotiliyasının gəmiləri cəlb ediləcək.

Hazırda paradın keçiriləcəyi ərazilərdə hazırlıq işləri aparılır. Habelə Xəzər dənizində gəmilərin hərəkətinin naviqasiya parametrləri dəqiqləşdirilir, flotiliyanın hidroqrafik xidmətinin mütəxəssisləri gəmilərin barelə yerləşdirilmə nöqtələrini müəyyənləşdirirlər.

Məlumatda o da qeyd olunub ki, hərbi-dəniz paradında ümumilikdə 25-dən çox gəmi iştirak edəcək.

 

 

KATEQORIYA:
TEQLƏR
Bu xəbəri paylaş