Rusiya Xəzər Flotiliyasının tərkibində yeni xüsusi təyinatlı dəstə yaradıb

Rusiya Hərbi Dəniz Qüvvələri Xəzər flotiliyasında sahilboyu ərazilərdə əməliyyatlar həyata keçirmək üçün xüsusi təyinatlı yeni dəstə yaradılıb.

“AzeriDefence”nin “İzvesiya” qəzetinə istinadən verdiyi məlumata görə, yeni xüsusi təyinatlı dəstənin əsas tapşırığı kəşfiyyat qruplarını təxliyyə etmək, onlara atəş dəstəyi vermək, həmçinin qəfil reydlər keçirməkdir.

Cari ilin sonuna qədər dəstə “Raptor” layihəli sürətli patrul katerləri ilə təchiz ediləcək. Qəzetin məlumatına görə, dəstənin silahlanmasına “Taxion” tipli PUA-ların verilməsi planlaşdırılır.

Hərbi hissənin dəqiq təşkilatı-ştat strukturu məlum deyil. Ehtimallara görə, dəstənin tərkibində dalğıc-kəşfiyyat və dalğıc-mühəndis taqımı və sahil bölmələri yer alacaq.

 

KATEQORIYA:
Bu xəbəri paylaş