Rusiya Xəzərdə irimiqyaslı təlimlərə başlayıb

Rusiya Hərbi Dəniz Qüvvələrinin Xəzər flotu dənizdə irimiqyaslı təlimlərə başlayıb.

“AzeriDefence” Rusiya Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, təlimlərə 10 döyüş gəmisi, 20 ədəd müxtəlif təyinatlı hərbi texnika cəlb edilib.

2016-cı ilin planına uyğun olaraq təlimlər 1 həftə ərzində davam etdiriləcək.

Plana əsasən, təlimlərə dəniz piyadaları da cəlb olunacaq.

Təlimlərdə gəmilərin hava hücumundan müdafiə sistemlərinin döyüş hazırlığı da yoxlanacaq.

 

KATEQORIYA:
Bu xəbəri paylaş