Rusiya Xəzərdə təlimlərə başlayır

Taktik təlimlərə raket daşıyan gəmilər cəlb olunacaq 

Rusiya Hərbi Dəniz Qüvvələrinin (HDQ) Xəzərdəki donanması artilleriya və raket daşıyan gəmilərin iştirakı ilə təlimlərə başlayacaq.

“AzeriDefence” Rusiya Müdafiə Nazirliyinə istinadən verdiyi məlumatına görə, təlimlər avqustun 15 – 20-si avqust tarixlərində keçiriləcək.

Təlimlərə “Tatarıstan”, “Dağıstan”, “Qrad Sviyajsk” və “Velikiy Ustyuq” – artilleriya və raket daşıyan gəmilər cəlb ediləcək.

Taktiki təlimlər zamanı plana uyğun olaraq gəmilərin atəş hazırlığı, anti-terror, təhlükəsizlik, hədəfi məhv etmə proqramları icra olunacaq.

 

KATEQORIYA:
Bu xəbəri paylaş