Rusiya “Xrizantema”ları optik nişangahını dəyişdi

Rusiya istehsalı olan tankəleyhinə kompleks yeni televiziya istilik kamerası ilə təchiz olunub.

“AzeriDefence”nin məlumatına görə, Ukrayna istehsalı olan qurğulardan imtina edən Rusiya hərb sənayesi adıçəkilən sahədə Belarusun “Pelenq” müəssisəsi ilə əməkdaşlıq edib.

Tank əleyhinə “Xrizantema-S” bundan sonra Belarus nişangahı ilə çalışacaq.

“Pelenq”in nişangahları maksimal sürətlə çalışır. Həmçinin, yüngül qabaqcıl elementlərə malikdir.

1K118P markalı yeni texnologiya axtarış, aşkar etmə, müəyyənləşdirmə, müşayiət etmə imkanlarına malikdir. Gecə və gündüz şəraitində 1K118P optik kamera qüsursuz fəaliyyət göstərə bilir.

Məlumatda o da qeyd olunub ki, artıq uzun müddətdir BMP-2, BMP-3, Т-80UЕ1 tankının, Т-72B3 və Т-72B3M, “Sput-SDМ1”, “Terminator-2” zirehli maşınları Belorus nişangahı ilə təmin olunub.

KATEQORIYA:
Bu xəbəri paylaş