Rusiya xüsusi təyinatlıları üçün yeni tip zirehli maşın

Rusiya hərbi texnologiyası xüsusi təyinatlılar üçün yeni tip zirehli maşının istehsalına başlayıb.

“AzeriDefence”in Rusiya mediasına istinadən verdiyi məlumatına görə, “Karatel” zirehli transportyor bazasında istehsal olunan bu maşının müəllifi Moskvanın “Fort Texnologiya” İstehsalat Birliyidir.

Müəssisədən bildirilib ki, maşının sifarişçisi Rusiya Federal Təhlükəsizlik Xidmətinin Xüsusi Əməliyyatlar Mərkəzidir.

“Falcatus” adlandırılan zirehli transportyorun şassisi KamAz-4911 üzərində qurulub.
Texnikanın ümumi çəkisi 12 tondur.

Məlumatda o da qeyd olunub ki, bu zirehli maşının ilk eskiz-şəkilləri 2012-ci ildə mətbuata açıqlanmışdı.

KATEQORIYA:
Bu xəbəri paylaş