Rusiya Xəzərə 16 hərbi gəmi daxil edəcək

2020-ci ilə qədər Rusiya hərbi Dəniz Qüvvələrinin Xəzər flotiliyasının döyüş sıralarına 16 hərbi gəmi daxil ediləcək. “AzeriDefence”nin İTAR-TASS-a istinadən verdiyi məlumata görə, təchizat 2011-2020-ci illərdə Silahlanma üzrə Dövlət Proqramı çərçivəsində həyata keçiriləcək.

Cənub hərbi dairəsinin mətbuat xidmətinin rəisi, polkovnik İqor Qorbul bildirib ki, 2012-ci ilin birinci yarısında Xəzər hərbi donanmasına 11661k “Dağıstan” və 21630 “Volqodonsk” tipli hərbi gəmilər daxil ediləcək. Gəmilərin layihəsi Tatarıstanın Zelenedolsk Layihə-Konstruktor Bürosunda müasir texnologiyalara uyğun hazırlanıb.

Qeyd edək ki, “Dağıstan” tipli gəmi “Kalibr-NK” markalı uzaqmənzilli universal raket-kompleksi ilə təchiz olunub. Bu raket kompleksi 300 km məsafəni vurmaq imkanına malikdir.

KATEQORIYA:
Bu xəbəri paylaş