Rusiya Xəzər dənizinə nəzarət üçün yeni stansiya yaradıb

Rusiyanın Xəzər flotiliyasının hidroqrafları QLONASS-ın naviqasiya avadanlığı ilə təchiz olunub.Bu barədə “AzeriDefence” Rusiya Müdafiə Nazirliyinə istinadən məlumat yayıb.

Federal məqsədli “Qlobal Naviqasiya Sistemi” proqramının reallaşdırması çərçivəsində Rusiya Hərbi Dəniz Qüvvələrinin bazalaşdırılmış rayonlarında QLONASS-ın naviqasiya avadanlığıyla 30-dan çox stansiyanın yaradılması nəzərdə tutulub. Bu çərçivədə Xəzər dənizində, Dağıstandakı Sulakski mayakında anoloji stansiya qurulub.

QLONASS naviqasiya avadanlığı böyük dəqiqliklə (10 metrə qədər) su yolları üzrə üzgüçülük vaxtı suüstü hərbi və mülki gəmilərin vəziyyətini, yerlərini müəyyən edir, eləcə də akvatoriyanın kontrolunu sadələşdirir. Stansiyanın təsir radiusu təxminən 300 kilometr təşkil edir. Sınaqlar zamanı 450 km radiusda hədəfləri müşahidə etmək mümkün olub.

KATEQORIYA:
Bu xəbəri paylaş