Rusiya Xəzər Flotiliyasını “Bal-E” raket kompleksiləri ilə təchiz edib

Rusiya Hərbi Dəniz Qüvvələrinin Xəzər Flotiliyasının silahlanmasına daxil olmuş “Bal-E” mobil sahil raket kompleksinin bu il sınaq atışları keçiriləcək. “AzeriDefence”nin məlumatına görə, bu barədə Rusiya Müdafiə Nazirliyinin Cənub hərbi dairəsinin mətbuat xidmətinin rəhbəri, polkovnik İqor Qorbul bildirib.

Polkovnik İ. Qorbulun sözlərinə görə, dəniz suüstü hədəflərinə qarşı ən azı üç tədris atışının həyata keçirilməsi planlaşdırılır. Kompleksin əsas atışları isə sentyabr ayında “Qafqaz-2012” təlimində keçiriləcək.

Ötən il Xəzər flotiliyasına 10 ədəd “Bal-E” raket kompleksi verilib.

Kompleksin tərkibinə “Bal-E” raketlərini idarəetmə və rabitə sistemi, özüyeriyən işəsalma qurğusunun və nəqliyyat-yükləmə maşını daxildir. Kompleks hər cür hava şəraitində 120 km-ə qədər məsafədəki hədəfləri vurmağa qadirdir.

KATEQORIYA:
Bu xəbəri paylaş