Rusiya Xəzər sahilində “Podsolnux” tipli RLS qurur

Yaxın vaxtlarda Rusiya Xəzər flotiliyasının silahlanmasına “Podsolnux” radiolokasiya stansiyaları daxil ediləcək. “AzeriDefence.com” saytının məlumatına görə, bu barədə “Exo Moskva” radiostansiyasına müsahibəsində flotiliyanın komandanı, kontr-admiral Serqey Alyekminski bildirib.

Flotiliya komandanının sözlərinə görə, artıq RLS-lər qurulub. Hazırda onun işə salınması işləri gedir.

Ötən il Xəzər flotiliyasının tərkibində bir divizionun “Bal” tipli raket kompleksi ilə silahlandırıldığını deyən S. Alyekminski tezliklə daha bir kompleksin əlavə ediləcəyini vurğulayıb.

Kontr-admiral flotiliya tərkibinə mini sualtı gəmilərin daxil ediləcəyini istisna etməyib. O, həmçinin müxtəlif obyektlərin axtarışı üçün pilotsuz uçuş aparatların alınması planlarının olduğun söyləyib.
“Podsolnux” RLS 450 km məsafədə suüstü və hava hədəflərinin aşkar edilməsi üçün nəzərdə tutulub. RLS düz görünüşdə olmayan obyektləri aşkar etməyi bacarır. RLS-in “Günəbaxan-E” ixrac variantı 2007-ci ildə bir neçə xarici alıcılara fəal təklif edilib. Rusiya bu tipli ilk stansiyanı 2009-cu ildə Vladivostok yaxınlığında tikib.

Istehsalçı təşkilatın məlumatına görə, RLS səthi şüa ilə yeri təyin etmə prinsipindən istifadə edir. Stansiyanın ixracat variantı gəmiləri su basımına müvafiq olaraq 200-400 km məsafədə, təyyarələri 200-500 km (3 metrdən hündürlüklərdə və yuxarı) müşahidə edə bilir.

RLS-in problemləri də mövcuddur. Bunlardan başlıcası onun İFF (“dost-düşmən tanıma”) aparatı ilə uyğun gəlməməsidir.

KATEQORIYA:
Bu xəbəri paylaş