Rusiya Xəzərdə raket daşıyan gəmilərinin sayını artırır

“Dağıstan” döyüş gəmisinin raket daşıyan modeli yayın sonuna qədər Rusiya Hərbi Dəniz Donanmasında silahlanmaya daxil ediləcək.

“AzeriDefence”nin məlumatına görə, bununla bağlı açıqlamanı Rusiya Federasiyasının (RF) Müdafiə Nazirliyinin Hərbi Dəniz Qüvvələri (HDQ) üzrə nümayəndəsi verib. O deyib ki, “Dağıstan” iyul-avqust aylarında RF-nin Xəzər donanmasına daxil ediləcək. Qarşıdan gələn bu iki ay ərzində isə döyüş gəmisi dövlət test mərhələsini yekunlaşdırmalıdır. Gəminin yekun dövlət test mərhələsi isə Xəzərdə keçiriləcək.

Buna qədər isə döyüş gəmisi Novorossiyskidə yerləşən Qara dəniz donanmasının təlim mərkəzində test mərhələsindən uğurla keçib. Hazırda gəminin şəxsi heyəti “Dağıstan”ı Xəzərdəki dövlət testinə hazırlayırlar.

Qeyd edək ki, “Dağıstan” M. Qorki adına “Zelenodolskiy Zavodu”nda istehsal olunub.

KATEQORIYA:
Bu xəbəri paylaş