Rusiya yaxın 3 ildə 900-dən çox yeni təyyarə və helikopter alacaq

Rusiyanın Hava Kosmik Qüvvələri 2020-ci ilədək 900-dən çox yeni təyyarə və helikopter alacaq.

“AzeriDefence”nin Rusiya KİV-lərinə istinadən verdiyi məlumata görə, bu barədə Hava Kosmik Qüvvələrin baş qərargah rəisi, general-leytenant Pavel Kuraçenko bildirib.

Generalın sözlərinə görə, yaxın 3 ildə 900-dən çox uçuş aparatının təmiri nəzərdə tutulur.

Zenit raket qoşunları üçün 2020-ci ilə qədər 140-dan çox zenit-raket sistemi və hərbi maşın, radiotexniki qoşunlar üçün 600-dən çox yeni radiolokasiya stansiyasının alınması planlaşdırılır.

KATEQORIYA:
Bu xəbəri paylaş