Rusiya yaxın günlərdə Ermənistana yeni silahlar göndərəcək

Ermənistanla Rusiya arasında imzalanmış dəyəri 100 milyon ABŞ dolları olan kredit sazişi çərçivəsində silah satışının həyata keçirilməsinə gələn ildən başlanılacaq.

“AzeriDefence” erməni mətbuataına istinadən xəbər verir ki, bu fikirləri Ermənistan prezidenti Serj Sarkisyan “RİA Novosti” agentliyinə müsahibəsi zamanı deyib.

“Bu ilin sonuna qədər biz daha əvvəlki müqaviləni reallaşdıracağıq. Yaxın günlərdə yeni silah partiyasının göndərilməsini gözləyirik və ilin sonuna kimi əvvəlki müqavilə üzrə bütün məsələləri bağlayacağıq”, – deyə S.Sarkisyan vurğulayıb.

Ermənistan prezidenti qeyd edib ki, İrəvanda yeni imzalanan müqavilə Rusiya və Ermənistanda bütün instansiyalardan keçməlidir: “Sonra isə ratifikasiya olunmalı və yalnız bundan sonra proqramın həyata keçirilməsi üçün Rusiyadakı müvafiq istehsalçılarla işə başlamalıyıq. Çox təəssüf ki, bu işlər belə tezliklə başa gəlmir”.

Qeyd edək ki, bundan əvvəl Rusiya və Ermənistan hökumətləri arasında 2015-ci ilin iyun ayının 26-da imzalanmış, Ermənistana dövlət ixrac kreditinin təqdim edilməsinə dair razılaşmaya görə Rusiya tərəfi Ermənistana Rusiyada istehsal edilən silahların və hərbi texnikanın alınması üçün 200 milyon dollar məbləğində də kredit verib.

KATEQORIYA:
Bu xəbəri paylaş