Rusiya yeni amfibiya-helekopterini nümayiş etdirir

Ötən gün öz işinə başlayan Sankt-Peterbruqda keçirilən 7-ci Beynəlxalq hərbi-dəniz salonunda (MVMS-2015) “Vertolyotı Rossii” şirkəti Mi-14 tipli modernləşdirilmiş amfibiya-helikopterini təqdim edib.

“AzeriDefence”nin məlumatına görə, Mi-14PS adlanan bu çoxtəyinatlı helikopter su üzərində idarə edilə, uçuş həyata keçirə və digər manevrlər edə bilir.

Ümumiyyətlə Mi-14 tipli helikopter M.L. Milya adına Moskva vertolyot zavodunda istehsal edilməyə başlayıb. Bir müddət isə həmin helikopter Kazandakı analoji zavodda istehsal edilməyə başlayıb.

Sərgidə məlumat üçün bildirilib ki, Mi-14 Kuba, Bolqarıstan, Viyetnam, Almaniya, Yəmən, Liviya, Suriya, Həbəşistan, keçmiş Yuqoslaviya respublikaları və Polşanın silahlı qüvvələrinin və mülki qurumlarının istifadəsindədir.

Amfibiya-helikopterin baza modeli isə Mi-14PL-dir.

Mi-14-ün özü isə Mi-8T-nin bazasında istehsal edilib.

KATEQORIYA:
Bu xəbəri paylaş