Rusiya yeni aviamərmilərin sınaqlarına başlayır

Yeni “Qrom-E1/E2” qanadlı aviamərmilərin sınaqları MiQ-35-də aparılacaq.

“AzeriDefence”nin məlumatına görə, bu barədə açıqlamanı Rusiyanın “Taktiçeskoye Raketnoye voorujeniye” Korporasiyasının baş direktoru Boris Obnosov deyib.

O bildirib ki, yeni idarə olunan “Qrom” aviabombaları atıq sınaq mərhələsindədir və proses MiQ-35 üzərində keçiriləcək.

Artıq mərmilər sınağın keçiriləcəyi eskadrilyaya təhvil verilib.

KATEQORIYA:
Bu xəbəri paylaş