
Rusiya yeni kəşfiyyat təyyarəsini sınaqdan keçirir
Rusiyanın modernləşdirilən An-140-100 kəşfiyyat təyyarəsinin sınaqları başlayıb.
Bu barədə “AzeriDefence”ə “Rostex” Dövlət Korporasiyasından məlumat verilib.
Eksperimental maşınqayırma zavodunda modernizasiya edilən An-140-100 təyyarəsi hava kəşfiyyatı əməliyyatları üçün yeni sistemlər ilə təchiz edilb.
Yerüstü və uçuş sınaqları zamanı An-140-100 təyyarəsinin təhlükəsizliyi və etibarlılığı, o cümlədən yeni quraşdırılan avadanlıqları yoxlanılacaq.
KATEQORIYA: Xəbərlər