Rusiya yeni korvetin eskizlərini nümayiş etdirib

Rusiya xarici müştəriyə təqdim olunan yeni korvet tipli gəmisinin eskizlərini təqdim edib.

“AzeriDefence”nin məlumatına görə, Rusiyanın “Almaz” Mərkəzi Dəniz Konstruktor Bürosunun nümayiş etdirdiyi layihə 23420 kod adı ilə təqdim olunub.

Məhsul haqqında məlumat verilib ki, gəmi sualtı, suüstü, hava hədəflərinə qarşı fəaliyyət göstərmək, o cümlədən bazaların mühafizəsinin təşkili və digər hərbi təyinatlar üçün nəzərdə tutulub.

Gəminin sifarişçiləri hələ ki, açıqlanmır.

Korvetin çəkisi 1300 ton, uzunluğu 75 metr, eni isə 13 metrə yaxındır. Texnika dizel mühərriki ilə təchiz olunacaq.

Silahlanmasına gəlincə, korvet 76 mm çaplı 1 х АU АK-176МА və ya 30 mm kalibrli 1 х АU АК-306 atıcə silahla, həmçinin  3М-47 “Qibka” raket kompleksi, gəmi əleyhinə “Paket-E/NК” yaxudda, RPK-8E sistem, o cümlədən “Горизонт-EYR-S-100” pilotsuz uçuş aparatı ilə təchiz olunacaq.

Gəminin fərqliliyi, ona “Palaş” zenit-raket artilleriya sisteminin inteqrasiya olunmasıdır.

 

KATEQORIYA:
Bu xəbəri paylaş