Rusiya yeni lazer silah kompleksini təqdim edib

Rusiya yeni lazer silah kompleksini təqdim edib

“Rostex” Dövlət Korporasiyasına daxil olan “Roselektronika” Rusiyanın Moskva vilayətində keçirilən “Armiya-2020” Beynəlxalq hərbi-texniki forumundan “Rat” adlı mobil lazer silah kompleksini nümayiş etdirir.

Bu barədə Azeri Defence saytına “Rostex” Dövlət Korporasiyasının mətbuat xidmətindən məlumat verilib.

“Rat” çoxfunksiyalı lazer silah kompleksi xüsusi zirehli maşın üzərinə inteqrasiya olunub. Lazer silah kompleksi əsasən kritik obyektləri pilotsuz uçuş aparatların təhdidlərindən qorumaq üçün nəzərdə tutulub. Kompleks həm stasionar, həm də mobil obyektləri qorumaq üçün istifadə edilə bilər.

Lazer silah kompleksi təchiz olunduğu avadanlıqlar sayəsində PUA-nı avtomatik olaraq aşkar edir və zərərsizləşdirir. Hədəf aşkarlama və müşahidə cihazlarından alınan məlumatlar mərkəzi idarəetmə panelinə göndərilir. Sistem hədəfin parametrlərini emal edir və operatora sonrakı hərəkətlər üçün bir neçə variantı təklif edir.

Kompleks dronları 3,5 kilometrə qədər məsafədə aşkarlayr. 2,5 kilometrə qədər radiusda PUA-nın idarə edilməsinə nəzarəti ələ keçirir, rabitə və peyk naviqasiya kanallarını bloklayır. Kompleksin operatoru həmçinin yönəldilmiş lazer məhv etmə sisteminin köməyi ilə dronu da fiziki cəhətdən məhv edə bilər.

KATEQORIYA:
TEQLƏR
Bu xəbəri paylaş