Rusiya yeni operativ-taktik kompleksin istehsalına başlayr

“Oka”nın bazasında daha yeni operativ-taktik kompleksin istehsalı istiqamətində işlərə start verilib.

“AzeriDefence”nin məlumatına görə, bu barədə açıqlamanı Rusiya müdafiə nazirinin müavini Yuriy Borisov verib.

Yerli mediaya açıqlamasında Y. Borisov bildirib ki, köhnə kompleksin modernləşdirilməsinə daha ehtiyac yoxdur:

“Biz artıq yeni kompleksin istehsalına start vermişik. Yeni kompleksdə “Oka”dakı meyarlar da daha modernləşmiş formada tətbiq olunacaq. Bununla Rusiya həmin sferada yeni silahlanma sisteminə başlayıb”.

Y. Borisov qeyd edib ki, yeni texnologiyada kompleksin texniki xarakteristikası, dəqiqliyi, hədəfi məhv etmək imkanı, döyüş qabiliyyəti və qət edəcəyi məsafə daha da mükəmməlləşdirilib.

KATEQORIYA:
Bu xəbəri paylaş