Rusiya yeni radiolokasiya stansiyasının beynəlxalq marketinqinə başlayıb

Rusiya yeni radiolokasiya stansiyasının beynəlxalq marketinqinə başlayıb

“Rosoboroneksport” Səmdar Cəmiyyəti Nijeqorod Elmi-Tədqiqat İnstitutu tərəfindən hazırlanmış mobil üçkoordinatlı 59N6-TE radiolokasiya stansiyasının beynəlxalq marketinqinə başlayıb.

Bu barədə “AzeriDefence”ə “Rosoboroneksport” Səmdar Cəmiyyətindən məlumat verilib.

Yeni radiolokasiya stansiyası müasir stels təyyarələri, həmçinin hipersürətli hədəfləri, aerodinamik və ballistik obyektləri aşkarlamaq və izləmək üçün nəzərdə tutulur.

Sərt gövdəli və maneələrə qarşı müdafiəsi yüksəldilmiş, dessimetrik dalğa diapazonunda işləyən radiolokasiya stansiyası orta və böyük hündürlüklərdə müşahidə və nəzarəti təmin edir.

Radiolokasiya stansiyası 450 km uzaqlıqda, 200 km-dək hündürlükdə 8000 km/saata qədər sürətlə uçan hədəfləri aşkarlamağı bacarır. Real vaxt rejimində ən azı min obyekti müşaiyət edə bilir.

59N6-TE radiolokasiya stansiyası KAMAZ-6560 markalə nəqliyyat vasitəsinin şassisi üzərində yerləşdirilib.

KATEQORIYA:
Bu xəbəri paylaş