Rusiya yeni RLS-ni xarici bazara təqdim edib

Rusiya yeni RLS-ni xarici bazara təqdim edib

“Rosoboroneksport” Səhmdar Cəmiyyəti P-18-2 “Prima” radiolokasiya stansiyasını xarici bazara təqdim edib.

Bu barədə “Poliqon”a “Rosoboroneksport” Səmdar Cəmiyyətindən məlumat verilib.

NİTEL və “Almaz” Qeyri Dövlət Təşkilatlarının hazırladığı radiolokasiya stansiyası müasir və perspektivli görünməyən hədəfləri, o cümlədən stels təyyarələri aşkarlamağa imkan verən texnologiyaların tətbiqi ilə hazırlanıb.

“Prima” radiolokasiya stansiyası müasir element bazasına əsaslanır və siqnalların rəqəmsal emalı texnologiyasına malikdir. Tamamilə sərt gövdəli, maneələrə qarşı müdafiəsi yüksəldilmiş stansiya, aktiv və passiv maneələrin tətbiqi şəraitində hədəflərin aşkarlanması, müşaiyəti, ölçüsünün və koordinatlarının hesabıanması, hava hədəflərinin sinifləndrilməsi üçün nəzərdə tutulur.

Beş dəqiqə ərzində döyüşə açılan P-18-2 radiolokasiya stansiyası bir nəqliyyat vasitəsinin şassisində yerləşdirilib. Stansiyanın döyüş heyəti iki nəfərdir.

Metrlik dalğa diapazonunda işləyən stansiya 320 km uzaqlıqda eyni zamanda 45 hava hədəfini izləməyə imkan verir. Radiolokasiya stansiyası QLONASS/GPS siqnalları ilə işləyən müasir peyk naviqasiya avadanlığıyla təchiz edilib.

KATEQORIYA:
TEQLƏR
Bu xəbəri paylaş